Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
Memorandumu Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Si imzalayıblar.
“Memorandumda Azərbaycan ilə Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılması nəzərdə tutulur”, - hökumətdən qeyd ediblər. **
F.İsazadə