İyulun 3-də işıqların sönməsi ilə əlaqədar metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Müraciət edənlərdən 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Xüsusi briqadalar ayrılaraq insanların çox olduğu avtobus dayanacaqlarının qarşısında yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Hazırda Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.*
B.Rüstəmbəyov