Hazırda Azərbaycanda Pakistan kapitalı ilə 267 şirkət fəaliyyət göstərir. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
"Bu gün Azərbaycanda Pakistan kapitalı ilə 267 şirkət fəaliyyət göstərir. Bu şirkətlər tikinti, logistika, nəqliyyat və s. sahələri əhatə edir”, - deyə o, bu gün Bakıda Azərbaycan-Pakistan biznes forumunda bildirib.
Nazir müavininin sözlərinə görə, Bakı və İslamabad yaxşı platforma yaradıb ki, bu da biznes-dairələrə daim görüşlər keçirməyə, eləcə də iki ölkə arasında ticarətə müsbət təsir göstərir.
R.Məmmədov qeyd edib ki, 2017-ci ildə Azərbaycan və Pakistan arasında əmtəə dövriyyəsi artıb, analoji tendensiya bu il də qalmaqdadır.
O əlavə edib ki, Pakistan şirkətləri Azərbaycan iqtisadiyyatına 4,2 milyon dollar sərmayə yatırıb.*
B.Rüstəmbəyov