Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin strukturuna daxil olan müəssisələrin sayını artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin ““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 24 yanvar 2014-cü il tarixli qərarına dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən “Yaxt Klub” MMC, “Dənizçilər poliklinikası” MMC və “Dənizçi təmir-tikinti” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturuna daxil edilib.*
N.Abbasova