Onlayn-ticarət və sərmayələr üzrə ixtisaslaşmış “Saxo Bank” 2018-ci ilin III rübündə dünya bazarları və əsas sərmayə strategiyaları ilə bağlı proqnozunu dərc edib.
Proqnozun əsas mövzusu dünya iqtisadiyyatının artım tempinin zəifləməsi, bütün dünyada kredit impulslarının aşağı düşməsi, ticarət müharibəsi risklərinin tam şəkildə qiymətləndirilməməsi ilə bağlıdır.
"Hər yerdə ticarət müharibələrinə dair söz-söhbətlər gedir, amma bəzi ölkələrin hökumətləri bununla bağlı uzaqgörən addımlar atmır. Ticarət sahəsində gərginliyin artması noyabrın 6-da ABŞ Konqresinə keçiriləcək seçkilər öncəsi daha ciddi böhrana gətirib çıxara bilər. Həmin vaxt prezident Donald Tramp göstərməlidir ki, o, həqiqətən də ABŞ üçün "əla imkanlar" yaradır", - deyə proqnozda bildirilir.
“Ticarət müharibələrində qalib olmur. Təcrübə göstərir ki, düzgün addımlar atılmır. Kifayət qədər milliyətçi bəyanatlar qlobal institusional qurumların statusunu sual altına qoyur. Tarix bizə bunun yaxşı nəticələnməyəcəyini öyrədir. Əgər hansısa böyük iqtisadi güc uduzan tərəf olsa, o zaman həmin tərəf rəqabətdəki geriliyini rüsumların tətbiq edilməsi ilə aradan qaldıra bilər”, - deyə "Saxo Bank"ın baş iqtisadiyyatçısı Stin Yakobsen qeyd edib.
Onun fikrincə, ticarət məsələləri həm də ona görə mürəkkəbləşir ki, valyuta bazarlarının hərəkəti artıq cari hesabların dinamikası ilə müəyyən olunmur. “Burada günah təkcə D.Trampda deyil. Öz mövqeyini bütün sahələrdə gücləndirmək istəyən Çin də böyük rol oynayır. Rəsmi Pekin Vaşinqtonu daha uzunmüddətli ixrac bazarı kimi nəzərdən keçirmir, yaxşı olardı ki, Çin öz bazar payını mümkün qədər uzun müddətə qoruyub saxlasın. Təbii ki, indi ABŞ iqtisadi artımını və qloballaşmanı təmin edən beynəlxalq təşkilatlara təzyiq göstərmək çalışır. Ümumi rəy belədr ki, birbaşa ticarət müharibəsindən yan keçmək mümkün olacaq, lakin burada ABŞ-dakı seçkilərin nəticələri nəzərə alınmır”, - deyə S.Yakobsen vurğulayıb.*
A.Əzizov