Koreya Xalq Demokratik Respublikası Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək XVIII zirvə toplantısında təmsil olunacaq.
Azərbaycanın iqamətgahı Pekin şəhərində olmaqla Koreya Xalq Demokratik Respublikasındakı səfiri Əkrəm Zeynallı etimadnaməsini Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama təqdim edib. Bu barədə XİN-nin mətbuat xidmətindən məlumat verilib.
“Söhbət əsnasında KXDR-in müvafiq səviyyədə Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçiriləcək XVIII zirvə toplantısında təmsil olunacağı qeyd olunub”, - məlumatda deyilir.
Bundan əlavə, Ə.Zeynallı və K.Y.Nam Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Həmsöhbətlər həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, Koreya yarımadasında sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Həmin gün Ə.Zeynallı KXDR xarici işlər naziri Ri Yon Ho ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib. **
F.İsazadə