Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) əməkdaşların könüllü tibbi sığortası üzrə sığortaçını seçib.
“Seçim kotirovka sorğusu üsulu ilə aparılıb. Qalib “AXA Mbask” sığorta şirkəti elan edilib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə AMADA-dan bildirilib.
Bundan əlavə, AMADA üçüncü tərəflərə dəyən zərərlər üçün dopinqə nəzarət işçilərinin (inspektorlarının) peşə məsuliyyətinin sığortaçısını da seçib. Bu məqsədlə “Bakı Sığorta” şirkəti ilə müqavilə bağlanıb.*
A.Əzizov