Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) yerli şirkətləri 27-ci "Worldfood Moscow 2018" Beynəlxalq Ərzaq Sərgisində iştiraka dəvət edir.
Sərgi 17-20 sentyabr tarixlərində keçiriləcək. Azərbaycan sərgidə «Made in Azerbaijan» vahid stend ilə təmsil olunacaq.
Xəbər verildiyi kimi, 26-cı "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində 30-dan çox Azərbaycan şirkəti iştirak edib.
Ötən il keçirilən sərgi çərçivəsində Rusiyaya fındıq, qənnadı məmulatları, vanil tozu və s. məhsulların ixracına dair 13 saziş imzalanıb.
Bundan başqa, Azərbaycanın milli stendi “Ən yaxşı debüt” mükafatına layiq görülüb.
**
B.Rüstəmbəyov