Cümə günü səhər bütün ermənilərin katolikosu II Qareqinin istefasını tələb edən fəallar Eçmiədzin kilsəsinin dəftərxana binasına daxil olublar.
Dəftərxananın mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan Facebook şəbəkəsindəki səhifəsində yazıb ki, etirazçılar “ultimatum tələbləri ilə çıxış edirlər, təxribat xarakterli davranış sərgiləyirlər. Onlar heç bir vəchlə bu cür qəbuledilməz hərəkətlərə son qoymaq çağırışlarına məhəl qoymurlar”.
Eyni zamanda, katolikosun istefasını tələb edən qrupun lideri Karen Petrosyan KİV-ə bəyan edib ki, kilsə xadimləri onlara hücum ediblər.
“Biz burada durmuşuq və katolikos postundan imtina etməyənə qədər heç yerə tərpənmirik”, - o bildirib.
Polis hadisə yerindədir. **