Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə ƏMDK-dan məlumat verilir
Anlaşma Memorandumunu Azərbaycan tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Avstriya tərəfindən Metrologiya və Mərzçəkmə Federal Qurumunun rəhbəri Vernher Hofman imzalayıblar.
Memorandum daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üzrə qarşılıqlı yardım, tərəflər arasında təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı Azərbaycan və Avstriya arasında əməkdaşlığı nəzərdə tutur.
Memorandumun başlıca məqsədi müvafiq istiqamətdə hər iki ölkənin təcrübəsinin müsbət tərəflərindən qarşılıqlı şəkildə istifadə edilməsi və işçilərin peşəkar səviyyələrinin artırılmasından ibarətdir. **
B.Rüstəmbəyov