Xəzərin statusuna dair Konvesiya layihəsi praktiki olaraq razılaşdırılıb. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
“Demək olar ki, Xəzərin statusuna dair Konvesiya layihəsi beş tərəf arasında razılaşdırılıb”, - E.Məmmədyarov “AzərTAc” agentliyinə müsahibəsində deyib.
Xəbər verildiyi kimi, 5 dekabr 2017-ci il tarixində Rusiya XİN başçısı Sergey Lavrov “Xəzər beşliyi”nin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşün yekununda bəyan edib ki, iştirakçılar, üzərində 20 ilə yaxın iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın əsas müddəaları üzrə razılığa gəliblər. Onun sözlərinə görə, sənədin mətni 2018-ci ilin avqust ayında Qazaxıstanda keçiriləcək beşinci Xəzər sammitində RF, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri tərəfindən imzalanmaya faktiki hazırdır. **
F.İsazadə