“MİDA” MMC Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan Yaşayış Kompleksində 5 yeddimərtəbəli yaşayış binasının tikintisi çərçivəsində 11 şirkəti podrat işlərinə cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MİDA”-dan məlumat verilir.
“Podratçilarin seçimi 13 lotdan ibarət açıq tender üsulu ilə aparılıb. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində 11 şirkət seçilib. Həmin şirkətlərlə 5 yeddimərtəbəli yaşayış binasının tikintisinə dair podratçı müqavilələri imzalanıb”, - Dövlət Agentliyindən qeyd ediblər.
Yeddimərtəbəli yaşayış binasının 5 seksiyasının tikintisi üzrə podratçılar aşaöıdakı şirkətlər olub: ev №1 - HN Construction MMC və Petlit, ev №4 - K.E.Insaat MMC и “Akkord Sənaye Tikinti İnvestisiya korporasiyası”, ev №5 - Merkuriy İnşaat/Conco/Azər-İnşaatçı MMC şirkətlər konsorsiumu, ev №6 - Cinar İnşaat/Caspian Service şirkətlər konsorsiumu, MEK AN və SNT İnşaat/AKA şirkətlər konsorsiumu. **
N.Abbasova