Azərbaycan kənd təsərrüfatı məhsullarının İsveçrəyə ixracı üçün yaxşı potensiala malikdir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
«Xüsusilə şərab məhsullarının ixracı üçün yaxşı imkanlar var», - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və İsveçrə əczaçılıq, logistika və nəqliyyat sahələrində əməkdaşlıqda maraqlıdır.
Azərbaycan 2018-ci ilin yanvar-may aylarında şərab ixracını 80% artırıb.*
B.Rüstəmbəyov