Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyulun 10-da turne çərçivəsində Fransa, Almaniya, Rumıniya və Ukraynaya səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Komitədən məlumat verilib.
“Avropaya səfər çərçivəsinə F.Muradov rəsmi şəxslər, həmin ölkələrdə yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək”, - Komitədən bildirilir.
Qeyd olunub ki, bu, Dövlət Komitəsinin sədri vəzifəsində F.Muradovun ilk xarici səfəridir. **
F.İsazadə