"Quba Palace Hotel” ərazisində qırılmış kanat yolu Rusiyanın "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə əlaqədar 2018-ci il iyun ayının sonundan istifadədə olmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.
Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.
“Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə