2018-ci ilin birinci yarısında Azərbaycan ÜDM-in 1,3% artıb, bu yaxşı göstəricidir. Bunu prezident İlham Əliyev deyib.
“Altı ay ərzində ümumi daxili məhsul 1,3% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2% artıb”, - İ.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, hesabat dövründə sənaye istehsalı 1%, qeyri–neft sənayesi 8,8% artıb. “Kənd təsərrüfatı 7,6% artıb, inflyasiya cəmi 3%-dir, əhalinin pul gəlirləri 9,3% artıb”, - İ.Əliyev qeyd edib.
Prezident bəyan edib ki, yanvar-iyun aylarında ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub, xarici ticarət dövriyyəsi 35% artıb, xarici ticarətin müsbət saldosu 4,2 mlrd. dollardır, ilin əvvəlindən valyuta ehtiyatları 44,3 mlrd. dollar təşkil edir.Bu, bir daha onu göstərir ki, Azərbaycanda makroiqtisadi sabitlik tam təmin edilir”, - İ.Əliyev əlavə edib.
Dövlət başçısı eyd edib ki, yanvar-iyun aylarında respublikada 67 min yeni iş yeri yaradılıb ki, bunun 58 mini daimidir. **
A.Əzizov