2018-ci ilin birinci yarısında Azərbaycanda dövlət büdcəsininn profisiti 297,3 mln. manat və ya hesabat dövrü ərzində gəlirlərə nisbətən 3% təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
Nazirliyin operativ məlumatlarına əsasən, birinci yarımillikdə dövlət büdcəsinin gəlirləri 9 mlrd. 821,6 mln. manat (ötən ilin analoji dövrü ilə müqayisədə gəlirlərin artımı 27,1% təşkil edib) olub.
Vergilər Nazirliyi xətti ilə gəlirlər strukturunda daxilolmalar 3 mlrd. 382,6 mln. manat (2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 0,9%), həmçinin qeyri-neft sektorundan - 2 mlrd. 226,1 mln. manat və ya nazirliyin xətti ilə bütün gəlirlərin 65,8%-i təşkil edib.
Bu dövrdə Dövlət Gömrük Komitəsi ilə xətti ilə büdcəyə daxilolmalar 1 mlrd. 619 mln. manat (artım 38,2%) təşkil edib.
Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlər 4 mlrd. 608 mln. manat, digər gəlirlər 33.1 mln. manat, büdcə təşkilatlarının qeyri-büdcə gəlirləri 178,9 mln. manat təşkil edib.
Bütövlükdə, cari ilin ikinci rübündə büdcəyə daxilolmaların həcmi 5 mlrd. 258,2 mln. manat təşkil edib.
Yanvar-iyun ayları ərzində büdcənin xərcləri 9 mlrd. 524,3 mln. manat təşkil edib (artım 16,2%).
Sosialyönümlü xərclər 3 mlrd. 625,7 mln. manat və ya birinci yarımillik ərzində bütün xərclərin 38,1%-ni təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə onların həcmi 3,6% artıb.
Birinci yarımillikdə büdcənin cari xərcləri 4 mlrd. 948,8 mln. manat və ya bütün xərclərin 51,9%-ni, əsaslı xərclər 3 mlrd. 596,3 mln. manat (bütün xərclərin 37,8%-ni), dövlət borcu və öhdəliklərə xidmət göstərilməsi xərcləri 979,2 mln. manat (bütün xərclərin 10,3%-ni) təşkil edib.
Ümumilikdə, cari ilin ikinci rübündə dövlət büdcəsinin xərcləri 5 mlrd. 116,3 mln. manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, birinci yarımillik ərzində icmal büdcəsinin gəlirləri 15 mlrd. 100,2 mln. manat (artım 30,1%), xərcləri 10 mlrd. 843 mln. manat, profisiti 4 mlrd. 257,2 mln. manat təşkil edib. **
A.Əzizov