"AzerGold" QSC 2022-ci ilədək Daşkəsən rayonundakı “Çovdar” yatağının işlənməsindən 300 mln. manata yaxın məbləğdə gəlir əldə etməyi planlaşdırır. Bunu cəmiyyətin sədri Zakir İbrahimov deyib.
““Çovdar” yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 mln. manata yaxın məbləğdə gəlirin olması planlaşdırılır”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, 2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır. İlkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır.*
N.Abbasova