Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən Qarabağ münaqişəsinin həllinə dair danışıqların dinamikasının qorunub saxlanmasını gözləyir.
“Danışıqların dinamikasının qorunub saxlanmasını gözləyirik”, - Z.Mnatsakanyan iyulun 11-də Brüsseldə iki ölkənin XİN rəhbərlərinin görüşündən gözləntilərə dair jurnalistlərin sualına cavabında bildirib.
Ermənistan və Ermənistan rəhbərlərinin mümkün görüşünə dair suala cavabında Z.Mnatsakanyan deyib: “İk növbədə bizim görüşü gözləyək”.
Dünən İrəvan və Bakıdan məlumat verilib ki, iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Z.Mnatsakanyan və E.Məmmədyarov arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçiriləcək.
Bu, Ermənistanda yeni hökumət formalaşandan sonra iki dövlətin XİN başçılarının ilk görüşü olacaq.
E.Məmmədyarov “AzərTAc” agentliyinə müsahibəsində bəyan edib ki, “keçiriləcək görüş münaqişənin həllində Emənistanın nə dərəcədə konstruktuv rol oynamağa hazır olduğunu göstərəcək”. **