Azərbaycandan 1,3 mindən artıq vətəndaş xaricdə qanunsuz silahlı qruplaşmalara qoşulub. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov deyib.
“Əgər Şimali Qafqazda terror qruplaşmalrına qişulan Azərbaycan vətəndaşlarının sayı onlarla olubsa, Əfqanıstan və Pakistanda onların sayı təxminən 300, Suriyada - 1 mindən çoxdur”, - S.Mahmudov çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, DTX tərəfindən bu cür təzahürlərin qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. “Bütün bu proseslər DTX-nin nəzarəti altına alınır”, - S.Mahmudov əlavə edib. **
F.İsazadə