2018-ci ilin iyun ayında Azərbaycanda deflyasiya may ayında sıfır səviyyəsinə qarşı 0,7% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyun ayında deflyasiya 0,7% təşkil edib. O cümlədən, ərzaq məhsullarının qiymətləri 1,6% ucuzlaşıb, baxmayaraq ki, qeyri-ərzaq məhsullarının qiymətləri, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri dəyişilməyib”, - Komitədən qeyd ediblər.
İyunun yekununa qiymətlərin orta illik azalması 3% təşkil edib (2018-ci ilin may ayının sonuna - 3,2%). Həmçinin,iyunun sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 3%, qeyri-ərzaq məhsulları üzrə - 3,8%, xidmətlər üzrə - 2,4% təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib. **
N.Abbasova