Fransanın müdafiə sənaye şirkətləri Azərbaycanla əməkdaşlıq əlaqələri yaratmağa çalışırlar. Bu barədə “AzeriDefence” saytı məlumat verir.
“Azərbaycana müdafiə təyinatlı məhsulların satışını yasaqlayan rəsmi Paris hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib. Artıq bu ölkənin şirkətləri Azərbaycanla bağlı marketinq işlərinə başlayıblar”, - “AzeriDefence” saytı hərbi mənbələrə istinadən bildirib.
Həmçinin qeyd edilir ki, 25-27 sentyabr tarixində Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənilir.
“Xüsusilə, ADEX-2018-də Fransa müdafiə sənayesini MBDA Systems, CİFAL Group, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər şirkətlər təmsil edəcəklər”, - nəşrdə vurğulanır.
Bir sıra Avropa ölkələri və ABŞ 90-cı illərin əvvəlindən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan və Ermənistana müdafiə təyinatlı məhsulların satışını yasaqlayıb. **
F.İsazadə