Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməklə bağlı qərarını siyasi şou hesab edir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Bu, siyasi şoudur. Paşinyan rejimi bu aktla öz reytinqini yüksəltməyə çalışır. Bu, bir daha göstərir ki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində xidmət keçməsi Azərbaycan torpaqlarının işğalı deməkdir", - deyə o, bu gün keçirdiyi brifinqdə bildirib.
XİN rəsmisinin sözlərinə görə, bu, qeyri-konstruktiv addımdır və regionda sabitliyə xidmət edə bilməz".
H.Hacıyev əlavə edib ki, Ermənistanın daxili qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi də gərginliyin artmasına xidmət edir.*
F.İsazadə