Brüsseldə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq prioritetləri barədə sənəd imzalanacaq. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Qeyd edək ki, XİN başçısı Elmar Məmmədyarov hazırda Brüsseldə səfərdədir.
“Brüsseldə Aİ və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənədin paraflanması planlaşdırılır”, - deyə o, bu gün brifinqdə qeyd edib.
H.Hacıyevin sözlərinə görə, NATO-nun sammitində iştirak etmək üçün Brüsseldə səfərdə olan prezident İlham Əliyev bir sıra görüşlər keçirəcək.*
F.İsazadə