2018-ci ilin I yarısında Vergilər Nazirliyinin büdcədənkənar fonduna daxilolmalar 39 mln. 276,868 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Cari ilin yanvar-iyun aylarında fonda daxil olmuş vəsaitlərin ümumi həcmindən 29 mln. 143,77 min manat xərclənib.
Hesabat dövründə vəsaitlərin böyük hissəsi - 9 mln. 696,038 min manat sair pul ödənişlərinə yönəldilib.
Bundan başqa, 2 mln. 98,327 min manat Vergilər Nazirliyinin ştatdankənar əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 7 mln. 733,671 min manat nazirliyin ştatda olan işçilərinin əməkhaqqının ödənilməsinə, 4 mln. 435,558 min manat məcburi sosial sığorta ödənişlərinə, qalanı digər məqsədlərə yönəldilib.
2018-ci il iyulun 1-nə fondun qalıq vəsaitləri 10 mln. 133,098 min manat təşkil edib.*
A.Əzizov