2018-ci ilin I yarısında Azərbaycan əhalisi ticarət obyektlərindən 17 mlrd. 145,9 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 8 mlrd. 499 mln. manat (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 1,9%), qeyri-ərzaq mallarının alınmasına 8 mlrd. 646,9 mln. manat (artım 3,1%) sərf olunub.
I yarımillikdə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,4%-i içki və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,8%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 144,6 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova