Bu gün Brüsseldə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq prioritetləri barədə sənəd imzalanıb. Bu barədə Avropa Komissiyasının saytında məlumat verilir.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Federika Mogerini imzalayıblar.
İmzalanma mərasimində prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak ediblər.*
A.Əzizov