Xəzəryanı dövlətlərin sammiti avqustun birinci yarısında Aktauda keçiriləcək. Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov məlumat verib.
İyunun 13-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdi ki, Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünün avqustun I yarısında keçirilməsi planlaşdırılıb.
Onun sözlərinə görə, sammitin keçirilmə tarixi ilə bağlı təkliflər var. Lakin bu tarixi görüşə ev sahibliyi edən tərəf elan etməlidir. Sammit avqustun birinci yarısına planlaşdırılıb.
Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanacağı gözlənilir.*