Azərbaycanda yük maşını və sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Yol qəzası Bakının Qaradağ rayonunda Səngəçal qəsəbəsi ərazisində baş verib. İlkin versiyaya görə, qəza yük maşınının sürücüsünün sükan arxasında yatması səbəbindən baş verib.
Səhiyyə Nazirliyinin məlumatına görə, 13 nəfərdən 7-si Kliniki Tibbi Mərkəzə, 3 nəfər Ələt qəsəbəsindəki xəstəxanaya, 1 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.*
F.İsazadə