2018-ci ilin iyun ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 792 min barel olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
"Cari ilin iyun ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 792 min barel olub. Bunun 739 min barelini xam neft, 53 min barelini kondensat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Nazirlikdən bildirilir ki, Azərbaycan OPEC+ razılaşmaları çərçivəsində hasilatın azaldılması ilə bağlı götürdüyü öhdəliyi iyun ayında yerinə yetirib.
Razılaşmaya əsasən Azərbaycan gündəlik neft hasilatının 35 min barelə endirilərək 834 min barel həcmində saxlanması ilə bağlı öhdəlik götürüb.
Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında isə 801 min barel olub.
Məlumata görə, Azərbaycandan gündəlik 622 min barrel xam neft, 53 min barel kondensat, 12 min barel isə neft məhsulları ixrac edilib.*
N.Abbasova