2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 9,588 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,75 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 8,485 min ədəd avtomobil (artım 2,9 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-iyun aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 978 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,4 dəfə) və 65 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 1,6 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 60 ədəd (artım 9%) motorlu nəqliyyat vasitəsi gətirilib.*
B.Rüstəmbəyov