2018-ci ilin I rübünün yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi $1 mlrd. 137 mln. 448,4 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 19,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,54%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya $349 mln. 238,33 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,2 dəfə çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ixracın 4,03%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-iyun aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $788 mln. 210,07 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,2 dəfə çoxdur. Azərbaycana idxalın ümumi həcmində 16,91% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-iyun aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $438 mln. 971,14 min təşkil edib.*
B.Rüstəmbəyov