2018-ci ilin I yarısında Azərbaycan 13 mln. 564,784 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin I yarısında Azərbaycandan ixrac olunmuş $6 mlrd. 945 mln. 438,31 min dəyərində neftin bəyan edilmiş həcmi 13 mln. 564,784 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin I yarısında ixrac edilmiş $3 mlrd. 839 mln. 227,7 min məbləğində neftin bəyan edilmiş həcmi 9 mln. 707,174 min ton təşkil edib. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 39,7%, pul ifadəsində 80,9% artıb.*
N.Abbasova