2018-ci ilin I yarısında gömrükdə bəyan olunmuş Azərbaycan qazının ixrac həcmi 3 mlrd. 101 mln. 25,02 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Cari ilin I yarısında Azərbaycandan $570 mln. 337,12 min məbləğində 3 mlrd. 101 mln. 25,02 min kubmetr qaz ixrac olunub”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $527 mln. 932,37 min məbləğində ixraca yönələn qazın bəyan olunmuş həcmi 3 mlrd. 180 mln. 646,82 min kubmetr təşkil edib. Beləliklə, 2018-ci ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 2,5% azalıb, dəyər ifadəsində 8% artıb.*
N.Abbasova