2018-ci ilin I yarısında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 396 mln. 371,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 43,5% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 286 mln. 838,5 min manat (artım 48%) və ya bütün bazar üzrə sığorta haqlarının 72,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 158 mln. 932,5 min manat (artım 87,7%), qeyri-həyat sığortası üzrə sığorta haqları 127 mln. 906 min manat (artım 17,2%) təşkil edib.
I yarımillikdə icbari sığorta növləri üzrə sığorta haqları 109 mln. 532,8 min manat (artım 32,9%) təşkil edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 119 mln. 303,4 min manat (azalma 4,2%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 87 mln. 105,9 min manat (azalma 11,6%) və ya bazar üzrə bütün ödənişlərin 73%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 48 mln. 915,8 min manat (azalma 19,8%), qeyri-həyat sığortası üzrə ödənişlər 38 mln. 190,2 min manat (artım 1,6%) məbləğində olub.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə ödənişlər 32 mln. 197,5 min manat (artım 24,6%) təşkil edib.
2018-ci il iyun ayının sonuna Azərbaycanda 21 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.*
A.Əzizov