Azərbaycan əczaçılıq məhsullarının istehsalı sahəsində İranın dərman istehsalı müəssisələri ilə əməkdaşlıq qurmağa hazırdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Pirallahı Sənaye Parkında İranla birgə “Caspian Pharmed” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Bununla belə, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər”, - deyə o, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşemi ilə görüşdə bildirib.
Görüşdə səhiyyə sahəsində elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi ilə bağlı məsələlər müzakirə olunub.*
B.Rüstəmbəyov