Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda “Finlandiya” adlı aksiz markasız arağın realizə edilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "VAZ 21074" markalı avtomobil Tovuz rayonu istiqamətində hərəkət edərkən saxlanılıb.
“Azərbaycan vətəndaşıAmin Zamanovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 20 ədəd sellofan torbada 100 ədəd 1 litrlik "Finlandiya" adlı araqlar aşkar olunub”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
B.Rüstəmbəyov