Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (Multilateral Investment Guarantee Agency, MIGA) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üçün $1,1 mlrd. məbləğində zəmanət verib. Bu barədə agentliyin məlumatında deyilir.
“Zəmanət 15 il müddətinə verilib və “Cənub Qaz Dəhlizi” QSC ilə “AKA Bank”, “Citi”, “Credit Agricole CIB, “ING”, “LBBW”, “Santander and Santander and Societe Generale” bankları ilə imzalanan kredit müqavilələrini əhatə edir”, - deyə məlumatda bildirilir.
2016-cı ilin dekabr ayında MIGA TANAP qaz kəmərinin tikintisi layihəsi üçün “Cənub Qaz Dəhlizi” QSC-yə $750 mln. məbləğində zəmanət verib. Bunun çərçivəsində 2018-ci il iyunun 30-da QSC $750 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.*
N.Abbasova