2018-ci ilin I yarısında Azərbaycandan neft məhsullarının bəyan olunmuş ixrac həcmi 548,024 min ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“I yarımillikdə Azərbaycandan $282,794 mln. məbləğində 548,024 min ton bəyan edilmiş neft məhsulları ixrac edilib ”, - deyə məlumatda bildirilir.
2017-ci ilin I yarısında ölkədən $145,997 mln. məbləğində 380,224 min ton bəyan edilmiş neft məhsulları ixrac olunub. Beləliklə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi miqdar ifadəsində 44,1%, dəyər ifadəsində 1,9 dəfə artıb.
2017-ci ildə Azərbaycanın ixrac etdiyi $339,159 mln. məbləğində neft məhsullarının bəyan edilmiş həcmi 835,452 min ton təşkil edib.*
N.Abbasova