Azərbaycanın hüquq-mühafizə orqanları hesab edir ki, Gəncə şəhərində törədilən iğtişaşların iştirakçılarının bir qismi Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlıdır.
“İyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçıları müəyyənləşdirilib, 11 nəfərin həbs olunub, Rəşad Böyükkişiyev isə məhv edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb”, - deyə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd edilir.
Həmçinin müəyyən edilib ki, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiqləyir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.
Bundan başqa, istintaq-axtarış əməliyyatı zamanı Gəncədə polislərin həlak olmasıhadisəsindən bir gün əvvəl Rəşad Böyükkişiyevin bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxardığı müəyyən olunub.*
A.Əzizov