2018-ci ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 16 mln. 552 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“I yarımillikdə BTC ilə 16 mln. 552 min ton neft daşınıb ki, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql edilən neftin ümumi həcminin 81,4%-ni təşkil edir”, - deyə məlumatda bildirilir.
Bu dövrdə BTC ilə tranzit neftinin nəqli 3 mln. 220,5 min ton təşkil edib ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 1,3% azdır.
Xəbər verildiyi kimi, 2017-ci ildə BTC ilə 33 mln. 755 min ton neft, o cümlədən 6 mln. 432,4 min ton tranzit nefti nəql edilib.*
N.Abbasova