Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gəncə şəhərində törədilən təxribatdan sonra hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, məqsədilə müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
İyulun 14-də keçirilən xidməti müşavirədə nazir Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.
“Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova