Prezident İlham Əliyev iyulun 20-də Fransaya səfər edəcək. Bu barədə şənbə günü jurnalistlərə Fransanın Bakıdakı səfiri Aureliya Buşez məlumat verib.
“Səfər çərçivəsində Azərbaycan və Fransa prezidentləri arasında ilk rəsmi görüş olacaq.
Bu görüş əməkdaşlığımızın imkanlarını və ikitərəfli siyasi münasibətlərin gücünü nümayiş etdirəcək”, - deyə o bildirib.
Səfirin sözlərinə görə, görüş, həmçinin Fransanın Minsk qrupunda fəallığını bir daha təsdiqləməyə imkan verəcək.*
N.Abbasova