Azərbaycan Silahlı Qüvvələri iyulun 15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısını alıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib”, - deyə məlumatda bildirilir.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
“Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova