Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi (MAUTDM) əməkdaşların könüllü tibbi sığortası üçün sığortaçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müfəttişlikdən məlumat verilib.
Seçim kotirovka sorğusu metodu ilə həyata keçirilir.
Təkliflər aprelin 26-sı saat 15:00-dək qəbul olunacaq və iyulun 27-si saat 11:00-da qiymətləndiriləcək.
MAUTDM Dövlət Mülki Aviasiya Agentliyinin strukturuna daxildir.*
A.Əzizov