2018-ci ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,8% - 1 mlrd. 664,4 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 14,8% - 116,5 min tonadək, kerosin istehsalı 2,1% - 303,8 min tonadək, dizel yanacağı istehsalı 5,9% - 1 mln. 15,6 min tonadək, sürtkü yağı istehsalı 3 dəfə - 38,9 min tonadək, neft bitumu istehsalı 79,6% - 138,8 min tonadək, neft koksu istehsalı 22,8% - 130,7 min tonadək artıb.
Hesabat dövründə avtomobil benzini istehsalında 0,6% - 614,7 min tonadək, soba mazutu istehsalında 86,2% - 33,3 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.*
N.Abbasova