2018-ci ilin yanvar-may aylarında Azərbaycan 13 mln. 538,4 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $6 mlrd. 661 mln. 49,4 min (artım 37,5%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-may ayları ərzində ixrac edilmiş $5 mlrd. 921 mln. 818,6 min məbləğində neftin bəyan edilmiş həcmi 11 mln. 779,8 min ton təşkil edib.
2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib.*
N.Abbasova