Azərbaycan 2018-ci ilin yanvar-may aylarında 3 mlrd. 831 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $602 mln. 327,1 min (artım 9,4%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Cari ilin yanvar-may aylarında sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $498 mln. 842,5 min dəyərində 2 mlrd. 742,8 mln. kubmetr qaz ixrac edilib.
2017-ci ildə Azərbaycan 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
N.Abbasova