2018-ci ilin I yarısında Azərbaycanda 3 mlrd. 206,1 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 7,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyun aylarında 1 mlrd. 774,8 mln. manat məbləğində heyvandarlıq, 1 mlrd. 431,1 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,5%, bitkiçilik məhsullarının istehsal həcmi 14,6% artıb.
Bundan başqa, yanvar-iyun aylarında respublikada 245,2 min ton ət (artım 3,1%), 1 mln. 16,1 min ton süd (artım 1,3%), 887,4 mln. ədəd yumurta (artım 0,9%) istehsal edilib.
İyul ayının 1-nə kimiqarğıdalı da daxil olmaqla 1 mln. 806,2 min ton dənli və dənli paxlalı bitkilər (artım 29,6%), 304,3 min ton kartof (artım 6,9%), 593,3 min ton tərəvəz (artım 5,8%), 103,5 min ton meyvə (artım 7,3%) yığılıb.
2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 6 mlrd. 580 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4,2% çoxdur.*
B.Rüstəmbəyov