Prezident İlham Əliyev dünya çempionatında Fransa yığmasının qələbə qazanması münasibətilə fransalı həmkarı Emmanuel Makronu təbrik edib.
“XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”, - deyə dövlət başçısı təbrik məıktubunda qeyd edib.*
B.Rüstəmbəyov